REGİONLAR


Sumqayıtda baş verən yol qəzasında yaralananlardan 6 nəfərin vəziyyəti orta ağır və stabildir

Sumqayıt, 22 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Ötən gün Sumqayıtda baş verən yol qəzası nəticəsində yaralananlardan 6 nəfər reanimasiya şöbəsində, 13 nəfər isə nevrologiya və travmatologiya şöbələrində müalicə olunur.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov AZƏRTAC–a bildirib ki, reanimasiyaya şöbəsinə yerləşdirilən 6 xəstənin vəziyyəti orta ağır və stabildir. Bu gün həmin xəstələrin palataya köçürüləcəyi gözlənilir. Bununla yanaşı, palata şəraitində müalicə olunanlardan 5 nəfərin vəziyyəti kafi qiymətləndirildiyi üçün ambulator müalicəyə buraxılacaqlar.

Qeyd edək ki, fevralın 21-də saat 17 radələrində Sumqayıt şəhəri Nizami küçəsi ilə M.Əzizbəyov küçəsinin kəsişməsində ağır yol nəqliyyat hadisəsi baş verib. Şəhərdaxili 30 saylı marşrut üzrə hərəkət edən avtobus minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan bir qisminə ilk tibbi yardım göstərilərək evə buraxılıb. Xəsarət alanlardan 19 nəfəri Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicə alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.