CƏMİYYƏT


Sumqayıtda bədbəxt hadisə zamanı zərər çəkən gənc Bakıya gətirilib

Sumqayıt, 19 aprel, AZƏRTAC

Sumqayıt şəhər 22-ci məhəllədə yerləşən yataqxanada güclü partlayış baş verib. Mənzillərin birində qeydə alınan hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb.

Bu barədə AZƏRTAC –a Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib.

Ağır yanıq xəsarətləri alan Emral Xasıyev qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal 5 saylı Bakı şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə göndərilib. Zərərçəkmiş Ülviyyə Xasıyeva deyir ki, bədbəxt hadisə baş verən an oğlu hamamda olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, 2 saylı yataqxananın birinci mərtəbəsində yalnız bir hamam var. Partlayış o qədər güclü olub ki, hamama bitişik digər otağın da divarı dağılıb.

Hadisə yerinə FHN-in əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.