CƏMİYYƏT
Sumqayıtda beş avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Sumqayıt şəhəri ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda şəhər ərazisində “Volkswagen”, “Toyota”, “KIA”, “Opel” və “Nissan” markalı beş avtomobildən pul, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Emin Duduyev saxlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş Ceyhun Ələkbərovun ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində isə onun şəhər ərazisində daha 4 avtomobildən məişət əşyaları və akkumulyator oğurladığı da müəyyən edilib.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri aparılır.