REGİONLAR


Sumqayıtda bilik yarışmasının qalibləri mükafatlandırılıb

Sumqayıt, 21 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycanda 21 fevral - Beynəlxalq Ana Dili Günü qeyd olunur. Bu münasibətlə Sumqayıtdakı Gənclər Evində bilik yarışı keçirilib. Tədbir Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov çıxış edərək, ölkə rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, respublikamızda gənclər siyasətinin uğurlu inkişafından danışıb. Qeyd olunub ki, yarışmanın məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, zehni inkişafını stimullaşdırmaq və elmin nüfuzunu yüksəltməkdir.

Tədbirdə şəhərin müxtəlif sahələrini təmsil edən gənclərdən ibarət 10 komanda olmaqla, ümumilikdə, 50 iştirakçı öz bilik və bacarıqlarını sınayıb. Maraqlı keçən bilik yarışmasının sonunda I yerə 1 saylı Peşə Liseyinin “Zəfəran”, II və III yerlərə isə 16 saylı tam orta məktəbin “Hünər” və “Ulduz” komandaları layiq görülüb.

Qalib komandalara Baş İdarənin fəxri fərman, medal və hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.