CƏMİYYƏT
Sumqayıtda bir neçə avtomobildən külli miqdarda pul oğurlayan keçmiş məhkum yaxalanıb
Bakı, 3 iyun, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər ərazisində “Toyota” markalı avtomobildən 1200 manat və 2650 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.Abbasovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun daha iki avtomobildən ümumilikdə 4300 manat oğurlaması da müəyyən edilib.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini olan bir qadının içərisində 98 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Adıgözəlovu da yaxalayıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.