Sumqayıtda bir qrup dövlət qulluqçusu mükafatlandırılıb
AzerTAg.az
Sumqayıt, 23 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Şəhər İcra Hakimiyyətində dövlət qulluqçuların peşə bayramı qeyd edilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, dövlət qulluqçularının peşə bayramı münasibətilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşı Qənbərov Nazim Nəcəf oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna şəhər icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

Xəbərin mətnində orfoqrafik səhv var