REGİONLAR


Sumqayıtda boccia idman növü üzrə IV “SENİ CUP” turniri keçirilib

Sumqayıt, 24 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Noyabrın 24-də Sumqayıt Paralimpiya İdman Kompleksində IV “SENİ CUP” turniri keçirilib. 2013-cü ildən boccia idman növünün təbliği məqsədilə keçirilən turnir Milli Paralimpiya Komitəsi və SENİ firmasının birgə təşkilatçılığı əsasında reallaşıb.

AZƏRTAC xəbər verir ki, builki "SENI CUP" turnirində 17 rayon və şəhərdən 18-30 yaş arasında olan, ümumilikdə, 70-dən çox idmançı mübarizə aparıb.

Turnirin açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, birinci vitse–prezident Natiq Qasımov, deputat Sona Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, həmçinin digər dövlət qurumlarının əməkdaşları və idmançılar iştirak ediblər.

Bildirilib ki, boccia mənşəyi İtaliyadan gələn bir idman oyunudur. 1984-cü ildə paralimpiya idman oyunlarına daxil edilib və 32 il ərzində 50 ölkəyə yayılıb. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi artıq 4 ildir ki, boccia idman növünün təbliğinə başlayıb. Boccia fərdlər, cütlər və ya üç komanda tərəfindən ifa edilə bilər. Artıq ölkəmizdə kifayət qədər məşhurlaşan bu idman növünə maraq gündən-günə artmaqdadır.

Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə bütün ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və hətta yaşlılar da güclərini sınaya bilərlər.

Maraqlı mübarizə şəraitində keçən turnirin yekununda qaliblər mükafatlandırılıb.

Turnirdə beş kateqoriya üzrə gücünü sınayanlar arasında birinci yeri Könül Quliyeva (BC1), Sona Ağayeva (BC2), Emin Hacılı (BC3), Bəhruz Mirzəyev (BC4) və İlkin Hüseynov (BC5) tutublar.

Yarışda ilk üçlükdə qərarlaşan idmançılara kuboklar, diplomlar və medallar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.