İDMAN


Sumqayıtda boks üzrə tanınmış idmançılar və məşqçi müəllimlər ilə görüş keçirilib

Bakı, 20 sentyabr, AZƏRTAC 

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə idmanın boks növü üzrə şəhərin tanınmış idmançıları, məşqçi-müəllimləri və ağsaqqalları ilə görüş keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Baş İdarənin rəisi Elgün Hümbətov şəhərin yüksək nailiyyətlər qazanan idmançılarına və onların məşqçilərinə təbriklərini çatdırıb. O, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyada idman dövləti kimi tanındığını vurğulayıb. Bildirib ki, Sumqayıt şəhər rəhbərliyinin digər sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində şəhərin idmançılarının qazandıqları qələbələrin sayı artır. E.Hümbətov bu nailiyyətlər sırasında boksçuların da uğurlarını xüsusi qeyd edib.

Azərbaycanda boksun inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Məmməd Eyvazov, “Afina 2004” və “Pekin 2008” olimpiadalarının bürünc medalçıları Fuad Aslanov və Şahin İmranov ölkəmizdə idmanın, o cümlədən boksun inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda şəhər boksçularının yeni baş məşqçisi Elbrus Rzayev ictimaiyyətə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.