REGİONLAR


Sumqayıtda dahi bəstəkar Qara Qarayevin xatirəsi anılıb

Sumqayıt, 6 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Sumqayıt şəhər Qara Qarayev adına uşaq musiqi məktəbində dahi bəstəkar Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə məktəbin şagird və müəllimlərinin ifasında bəstəkarın həyatı və zəngin yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, Qara Qarayev bəstəkar olmaqla bərabər, həm də zəngin dünya görüşünə, ensiklopedik biliyə, fəlsəfi ümumiləşdirmələrə, geniş erudisiyaya, iti zəkaya malik alim və mütəfəkkir idi.

Sonra müəllim və şagirdlər tərəfindən bəstəkarın uşaqlar üçün yazdığı fortepiano əsərləri, kinofilmlərə yazdığı mahnılar, musiqi sənətimizin qızıl inciləri olan baletlərindən parçalar ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.