REGİONLAR


Sumqayıtda dam örtükləri yenilənir

Sumqayıt, 5 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Bu il 70 illik yubileyini qeyd etməyə hazırlaşan Sumqayıt Cənubi Qafqazın ikinci sənaye mərkəzi, sürətlə böyüyən, gözəlləşən ən müasir şəhəridir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində Sumqayıtın sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində şəhərdə geniş abadlıq-quruculuq işləri, sosial obyektlərin, yaşayış binalarının dam örtüklərinin, fasadlarının əsaslı təmiri, küçə və yolların, məhəllədaxili ərazilərin asfalt örtüyünün dəyişdirilməsi və digər sosial problemlərin həlli istiqamətində işlər davam etdirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, son iki il ərzində Sumqayıt şəhərində 600-dən çox binanın dam örtüyü yenilənib. Ölkə başçısının müvafiq sərəncamları əsasında çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi məqsədilə ayrılan vəsait hesabına bu ildə də bu işlər davam etdiriləcək. Belə ki, il ərzində şəhərin bir sıra yaşayış massivində yerləşən 260 binanın dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.