REGİONLAR


Sumqayıtda dənizkənarı bulvarda musiqi sədaları

Sumqayıt, 11 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Yayın isti günləri Sumqayıtdakı dənizkənarı bulvara üz tutan çoxsaylı şəhər sakinlərinin asudə vaxtının mənalı və səmərəli keçirilməsi məqsədilə konsert meydançasında bədii proqram təşkil edilir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirlər böyük rəğbətlə qarşılanır.

AZƏRTAC xəbər verir ki, axşam vaxtı reallaşan proqramlarda “Dostluq” və C.Cabbarlı Mədəniyyət Evinin hazırladığı konsert proqramı xüsusi həvəslə izlənilib. “Xəzri” xalq mahnı və rəqs ansamblı, uşaq və yeniyetmələrdən ibarət “Şahinlər” rəqs kollektivinin, “Turan” milli rəqs qrupunun, həmçinin sumqayıtlı müğənnilərin ifası alqışlarla qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.