REGİONLAR


Sumqayıtda dezinfeksiya tədbirləri daha da gücləndirilib

Sumqayıt, 31 mart, Ətrrabə Rzayeva, AZƏRTAC

Ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən dezinfeksiya tədbirləri daha da gücləndirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, xüsusi ayrılmış kommunal texnikalar hər gün dezinfeksiya işlərini həyata keçirir. Şəhərin mərkəzi hissəsindən başlayaraq yollar texnika vasitəsilə yuyulur. Şəhərin əsas giriş yolu olan, uzunluğu 5 kilometrə yaxın Sülh prospekti hər iki istiqamətdə dezinfeksiyaedici məhlullarla yuyulub.

Yuyulma zamanı həm çiləmə, həm də xüsusi texnika vasitəsilə yollar dezinfeksiya olunur. Dezinfeksiya işləri hər gün aparılır və əhalinin təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilir.

Dezinfeksiya işləri şəhərin müxtəlif ərazilərində, binaların həyət və girişlərində də aparılır.

Sumqayıt şəhərində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, qabaqlayıcı tədbirlər həyata keçirilir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır. Bununla yanaşı, mütəmadi olaraq yaşayış binalarının həyətlərində, blokların girişlərində, liftlərdə, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.