REGİONLAR


Sumqayıtda əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatı diqqət mərkəzindədir

Sumqayıt, 13 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhərinin elektrik enerjisi ilə təchizatı məsələsi daim diqqət mərkəzindədir. İlin əvvəlindən bu sahənin işinin yaxşılaşdırılması məqsədilə yeni yarımstansiyaların, güc mərkəzlərinin yaradılması, paylayıcı xətlərin dəyişdirilməsi və yeni abonentlərin şəbəkəyə qoşulması işləri davam etdirilib.

AZƏRTAC xəbər verir ki, “Yaşıldərə” yaşayış massivində yeni beton kabel tuneli tikilib və orada 20 km yüksək gərginlikli yeni kabellər şəbəkəyə qoşulub, 2 yeni transformator quraşdırılıb, 5 transformatorda güc artımı edilib, 3 transformator əsaslı, 79-u cari təmir olunub.

Bununla yanaşı, Corat qəsəbəsində və “Betonzavod” yaşayış massivində 630 kilovat amperlik (KVA) gücündə 2 yeni transformator məntəqəsi quraşdırılıb, Hacı Zeynalabdin qəsəbəsində və “Xəzər bağları” yaşayış massivində 2 ədəd yeni güc mərkəzi yaradırılıb.

Həmçinin, 13 kilometr uzunluğunda alçaq gərginlikli elektrik xətləri SİP kabellərlə əvəz olunub, 4 kilometrədək yüksək gərginlikli hava elektrik verilişi xətlərində təmir və yenidənqurma işləri aparılıb, 875 ədəd yeni sayğac quraşdırılıb.

Görülən işlər əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatına qulluq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.