REGİONLAR


Sumqayıtda əhalinin kütləvi tibbi müayinəsinə start verilib

Sumqayıt, 12 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkə ərazisində olduğu kimi, Sumqayıt şəhərində də əhalinin profilaktik müayinəsinə başlanılıb. Xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etmək məqsədi daşıyan müayinə üçün şəhər səhiyyə müəssisələri tam hazır vəziyyətdədir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyə Müzəffərova AZƏRTAC-a bildirib ki, tibbi müayinələrin yüksək səviyyədə aparılması üçün xüsusi qərargah yaradılıb, qrafik tərtib olunub. Həmçinin peşəkar həkimlərdən ibarət həkim briqadaları təşkil edilib. Əhali 10 poliklinika və 11 stasionar klinikada müayinədən keçirilir. Profilaktik tibbi müayinələrin aparıldığı müəssisələr lazımi ləvazimatlarla təmin olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.