İQTİSADİYYAT


Sumqayıtda elektrik yarımstansiyalarının gücü artırılıb

Bakı, 23 noyabr, AZƏRTAC

“Sumqayıt” Yüksəkgərginlikli Elektrik Şəbəkəsi Müəssisəsinin balansına aid olan yarımstansiyalarda son üç ayda bir sıra təmir-bərpa işləri yerinə yetirilib.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, bu dövrdə müəssisəyə aid 110 kilovoltluq (kV) “Xəzri” yarımstansiyasında gücü 10 meqavat-amper olan ikinci transformator quraşdırılıb. “Ceyranbatan” yarımstansiyasında 110 kV-lik ikinci bölmə işə salınıb və yeni quraşdırılmış akkumulyator qurğusu idarəetmə sxeminə qoşulub.

Bundan əlavə, 220 kilovoltluq “Sənaye qovşağı” yarımstansiyasında da müxtəlif işlər görülüb. Təmir işləri 110 kV-lik “Sumqayıt-2”, “Kimyaçılar” və digər yarımstansiyalarda da həyata keçirilib. Dayanıqlığın daha da artırılması məqsədilə müəssisədə yüksək gərginlikli elektrik verilişi xətləri üzrə müvafiq bərpa işləri icra olunub.

Görülən işlər yarımstansiyaların gücünün artırılması və təhlükəsizliyinin təmin edilməsii ilə yanaşı, elektrik enerjisi verilişinin dayanıqlılığını daha da möhkəmləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.