REGİONLAR


Sumqayıtda fiziki məhdudiyyətli gənclərin cəmiyyətə adaptasiyası müzakirə olunub

Sumqayıt, 24 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Gənclər Evində maraqlı layihə həyata keçirilib. Sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası məsələsi növbəti görüşün müzakirə mövzusu olub.

AZƏRTAC xəbər verir ki, görüş Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt Gənclər Klubunun birgə təşkilatçılığı ilə keçirilib. Tədbir “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrası məqsədilə təşkil olunub.

Əvvəlcə iştirakçılar təlimçi, Gənclər Klubunun idarə heyətinin üzvü Yusif Əlilinin rol aldığı motivasiya xarakterli qısametrajlı filmi izləyiblər.

Sonra fiziki məhdudiyyətli şəxslərlə davranış qaydaları, onların cəmiyyətə inteqrasiyası, sosial müdafiəyə ehtiyacı olan gənclərin ictimai-mədəni həyatda iştirakının təmin edilməsi istiqamətində müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.