CƏMİYYƏT


Sumqayıtda gənclər təşkilatları hesabat veriblər

Bakı, 8 oktyabr, AZƏRTAC

Sumqayıt şəhər gənclər və idman baş idarəsi müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər təşkilatları ilə 2018-ci ilin doqquz ayı ərzində gənclərlə iş sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair hesabat tədbiri keçirib.

AZƏRTAC xəbər verir ki, şəhərdəki Gənclər Evində keçirilən tədbirdə çıxış edən Baş İdarənin gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə bütün istiqamətlərlə yanaşı, gənclər sahəsində də əldə olunan nailiyyətlərdən danışıb. O, Sumqayıtda ictimai həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu, dövlətə və dövlətçiliyə sədaqətçilik, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsi, istedadlı, yaradıcı gənclərin üzə çıxarılması və könüllülük hərəkatının genişləndirilməsi istiqamətlərində görülən işlərdən danışıb. Natiq dövlətimizin başçısının 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” həyata keçirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, hesabat dövründə Baş İdarə tərəfindən gənclərin dinamik inkişafı məqsədilə dövlət gənclər siyasətinin istiqamətlərinə uyğun şəhərdə keçirilən 92 müxtəlif tədbirdə 10 minə yaxın gənc iştirak edib. Şəhərdə gənclərin təşkilatlanması üçün zəruri imkanlar yaradılıb, mövcud təşkilatların ümumi maraqlar əsasında birləşdirilməsi və könüllülük prinsipi əsasında əlaqələrin möhkəmləndirilməsində fəallıq artırılıb, tələbələrin ictimai həyatda fəallığının genişləndirilməsi, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqənin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb.

Görüşdə Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatının sədri Nicat Hüseynov, “ASAN xidmət” mərkəzinin Gənclər Birliyinin üzvü Rza Mirzəzadə, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının üzvü Emin Əliyev, Sumqayıt Gənclər Evinin əməkdaşı Məhəmməd Hüseynov, Sumqayıt Gənclər Klubunun sədri Teymur Aslanlı cari ilin doqquz ayı ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.