REGİONLAR
Sumqayıtda gənclərlə maarifləndirici görüş olub
Bakı, 1 dekabr, AZƏRTAC
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsi, Polis İdarəsi, Narkoloji Dispanser və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt şöbəsinin birgə təşkilatçılığı ilə noyabrın 30-da Sumqayıt Musiqi Kollecində “Gəncləri Dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq“ adlı maarifləndirici görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kollecin direktoru Səbinə Mehdiyeva mövzunun əhəmiyyətindən, narkomaniyanın yeniyetmə və gənclərin şəxsiyyətinin, sağlamlığının inkişafına mənfi təsirindən danışaraq bu bəladan qorunmanın vacibliyini vurğulayıb.
Daha sonra Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rüfət Mahmudzadə çıxış edərək respublikamızda narkomaniya və narkobizneslə mübarizənin yüksək səviyyədə aparıldığını bildirib.
Digər çıxışlarda narkomaniyanın törətdiyi fəsadlardan danışılıb, gənclərə zərərli vərdişlərdən uzaq olmaq tövsiyə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]