REGİONLAR


Sumqayıtda gənclərlə onlayn görüş keçirilib

Sumqayıt, 26 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində "İki nəslin görüşü" layihəsi çərçivəsində tədbir keçirilib. Layihə Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, gənclərin qatıldığı görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri, YAP İdarə Heyətinin üzvü Ramiz Hüseynov və Milli Məclisin deputatı Müşfiq Məmmədli iştirak ediblər.

Canlı yayım vasitəsilə keçirilən görüşdə qonaqlar aktual mövzular haqqında danışıb, gənclərin suallarını cavablandırıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.