REGİONLAR


Sumqayıtda görüş: “Ələ düşməz bir də o günlər”

Sumqayıt, 6 dekabr, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 1984-cü il Dram və kino aktyorluğu fakültəsinin sayılıb-seçilən aktyorları ilə “Ələ düşməz bir də o günlər” adlı musiqili görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkəmizin Xalq artistləri Vidadi Həsənov, Naibə Allahverdiyeva, Əməkdar artistlər Füzuli Hüseynov, Nahidə Orucova, Fəranə Musayeva, Hacı Hacıyev və digər aktyorlar, həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri və “Əqliyar” musiqi qrupu iştirak edib.

Əməkdar artist Cəlal Məmmədovun spikerliyi ilə keçən görüşdə nəsillərin keyfiyyət dəyişikliyi ilə yaranan sintez, onun cəmiyyətə ötürdüyü çağırışlar barədə söhbət olub.

Aktyorlar şeirlər, monoloqlar söyləyib, səhnəciklər təqdim ediblər.

Görüşün sonunda qonaqlar sumqayıtlı tamaşaçıların suallarına cavab verib, gələcək yaradıcılıq planları barədə danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.