REGİONLAR


Sumqayıtda günvurma və istivurmaya məruz qalanların sayı açıqlanıb

Sumqayıt, 11 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda günvurma və istivurmaya məruz qalanların sayı açıqlanıb.

Sumqayıt Tibb Mərkəzinin direktor müavini İlkin Namazov AZƏRTAC-a bildirib ki, cari il iyunun 1-i-avqustun 10-u tarixləri aralığında üç nəfər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Xəstələrə lazımi tibbi yardım göstərilib. Onlardan bir nəfər Təcili Yardım Xəstəxanasına hospitalizasiya edilib.

Şəhər əhalisinə günəş şüasının intensiv vaxtlarında yəni 12:00-dan 18:00-dək gün altına çıxmamaları, yüngül geyimlərdən istifadə etmələri, bol meyvə-tərəvəz, sərin şirələr və maye qəbul etmələri məsləhət görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.