CƏMİYYƏT


Sumqayıtda havanı çirkləndirən metaləritmə sexinin direktoru cərimələnib

Bakı, 15 oktyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhərinin, İnşaatçılar qəsəbəsində fəaliyyət göstərən “Az Lead” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət əsasında araşdırma və monitorinq keçirilib. Nazirliyin əməkdaşları həmin ərazinin atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparıb və etil-benzolun qatılığının normadan 1,6 dəfə çox olduğunu müəyyənləşdiriblər.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin 4 saylı Regional Ekologiya İdarəsinin rəisi Mübariz Vəliyev deyib.

Onun sözlərinə görə, faktla bağlı MMC-nin direktoru Elman Abdullayev barəsində akt və protokol tərtib olunub. O, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib.

Gələcəkdə belə halların təkrarlanmaması üçün E.Abdullayevə icrası məcburi olan müddətli göstəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.