İDMAN


Sumqayıtda idman festivalı keçirilib

Sumqayıt, 12 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı “Təhsil” Respublika İdman Mərkəzi 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində idman festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, 18 oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə və Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş festival Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Festival çərçivəsində idmanın müxtəlif növləri üzrə yarışlar və rəsm sərgisi keçirilib. Tədbirdə cüdo, yunan-Roma güləşi, sərbəst güləş, futbol, idman gimnastikası, bədii gimnastika, kikboksinq, boks və karate üzrə müxtəlif yarışlarda 400-dək idmançı iştirak edib.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirdiyini bildirib. Vurğulanıb ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Sumqayıtın da sosial-iqtisadi və mədəni həyatında davamlı inkişaf əldə edilib. E.Hümbətov son dövrlər Sumqayıtda görülən işlərdən, idmanın inkişafına təkan verən tədbirlərdən danışıb, atletlərə uğurlar arzulayıb.

Şəhər veteranlar şurasının sədri Sovet Şükürov, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Məmməd Eyvazov, “Müharibə Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin şəhər şöbəsinin sədri Tərlan Hacızadə və Əməkdar məşqçi, “Tərəqqi” medalçısı Mirağa Qiyasov dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan söz açıblar.

Sonra şəhərin yeniyetmə və gənclərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Fərqlənən iştirakçılara Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim olunub.

Tədbir idmançıların nümunəvi çıxışları ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.