REGİONLAR


Sumqayıtda iki minik avtomobili toqquşub

Sumqayıt, 21 yanvar, AZƏRTAC

Sumqayıtda iki avtomobil toqquşub. Hadisə şəhərin mərkəzi küçələrinin birində qeydə alınıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, qəza “Daewoo” və “BMW” markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Hadisə yerinə cəlb olunan xilasedicilər deformasiyaya uğrayan “Daewoo”nun içində sıxılı vəziyyətdə qalmış sürücünü çıxarıblar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.