CƏMİYYƏT


Sumqayıtda keçmiş məhkum avtobusda oğurluq edib

Bakı, 28 yanvar, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində pul və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ramil Hümbətov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi ilə birgə Nərimanov rayonu ərazisində digər bir qadının çantasından içərisində pul, sənəd və bank kartı olan cüzdanını, hesabından isə 312 manatını çıxararaq oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.