CƏMİYYƏT
Sumqayıtda kimyəvi maddə ilə dolu 300-ə yaxın kisə aşkarlanıb
Bakı, 31 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Sumqayıtçay çayı üzərindəki körpünün altına kimyəvi maddələr olan kisələrin atılması ilə bağlı daxil olan məlumatı nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yerində araşdırıblar. Fakt təsdiqini tapıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı həmin ərazidə hər birinin çəkisi 25,2 kiloqram olan 300-ə yaxın ammonium-bi-flüorid duzu ilə dolu kisələr aşkarlanıb. Nazirliyin Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzinin əməkdaşları kisələri ərazidən təhlükəli tullantılar poliqonuna daşıyıblar.
Kisələri əraziyə atan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt Şəhər Polis İdarəsinə məktubla müraciət edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]