REGİONLAR


Sumqayıtda könüllü gənclərin minifutbol turnirinin qalib komandaları mükafatlandırılıb

Sumqayıt, 23 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Olimpiya İdman Kompleksində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərin müxtəlif sahələrini təmsil edən könüllü gənclər arasında minifutbol turniri keçirilib. Yarışda 6 komanda mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, yarışın açılışında çıxış edən Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov iştirakçıları salamlayaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurlu inkişafından, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan danışıb. O, yarışa qatılan komandalara uğur arzulayıb.

Gərgin keçən yarışmada I yerə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi, II yerə 10 nömrəli peşə liseyi, III yerə isə 3 nömrəli peşə liseyinin komandaları çıxıb.

Qalib komandalar Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.