REGİONLAR


Sumqayıtda lift xidmətinin intellektual idarəetmə sistemi liftdə qalanlara operativ kömək göstərməyə imkan verib

Sumqayıt, 3 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda lift xidmətinin intellektual idarəetmə sistemi liftdə qalanlara operativ kömək göstərməyə imkan verib.

Sumqayıtda iyulun 2–dən 3-nə keçən gecə elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən şəhərin 20 ünvanında sakinlər liftdə qalıb. Bu haqda AZƏRTAC–a şəhər "Lift-Servis” Birliyinin rəisi Cümşüd İsmiyev bildirib.

"Bu problem şəhərin bütün mikrorayonlarında yaranmışdı. Birliyin bütün əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Liftdə qalanların hamısı 15-20 dəqiqə ərzində təxliyə olunub”, - deyən C.İsmiyev xatırladıb ki, bir müddət əvvəl Azərbaycanda ilk dəfə olaraq Sumqayıt şəhərində pilot layihə kimi lift xidmətinin intellektual idarəetmə sistemi yaradılıb. “Ötən gecə yaşanan problem zamanı yeni yaradılan sistem vasitəsilə vaxtında məlumat aldıq və sakinlərə operativ yardım göstərə bildik”, - deyə C.İsmiyev bildirib.

Qeyd edək ki, hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki “Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.