REGİONLAR


Sumqayıtda məktəbdə baş verən yanğın söndürülüb

Sumqayıt, 9 fevral, AZƏRTAC

Sumqayıtdakı 23 nömrəli tam orta məktəbdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, fevralın 9-da gecə saatlarında orta məktəbin yerləşdiyi dördmərtəbəli binanın 3-cü mərtəbəsində yanğın baş verib. Dərhal hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Məktəbin 1 otağının giriş qapısı qismən, sahəsi 30 kvadratmetr olan sinif otağında kitab şkafı və içərisinə yığılmış əşyalar 5 kvadratmetr sahədə, dəhlizdə 2 ədəd stul və 1-ci mərtəbənin dəhlizində masanın üzərində parça örtük yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.