CƏMİYYƏT


Sumqayıtda məktəblərin ətrafında yeni yol nişanları quraşdırılıb VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yeni tədris ilinin başlaması ilə əlaqədar “Diqqət, uşaqlar!” hərəkətin təhlükəsizliyi aylığı ilə bağlı müvafiq tədbirlər görürlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə bütün təhsil müəssisələri yol polisi tərəfindən nəzarətə götürülüb. Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şagirdlərlə profilaktiki söhbətlər apararaq koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə məktəblərdə və ictimai nəqliyyatda, eləcə də dayanacaqlarda sosial məsafənin gözlənilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda, yol hərəkəti qaydalarını izah etmək üçün valideynlərlə təbliğat xarakterli görüşlər keçirilib.

Bundan başqa, Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində bütün təhsil müəssisələrinin olduğu küçə və prospektlərdə müayinələr aparıblar. Aşkarlanan çatışmazlıqlar Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin əməkdaşları ilə birlikdə aradan qaldırılıb. Belə ki, təhsil ocaqlarının yaxınlığında yol nişanları quraşdırılıb, köhnələri yenisi ilə əvəzlənib, eləcə də nişanlanma xətləri çəkilib. Bununla da məktəblərin qarşısında hərəkətin təhlükəsizliyi təmin edilib, şagirdlərin məktəbə gəlib-gedərkən sosial məsafəni qorumaları üçün müvafiq dayanma xətləri çəkilib.

Sumqayıtda polis əməkdaşları tərəfindən belə profilaktik tədbirlər mütəmadi davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.