CƏMİYYƏT


Sumqayıtda metaləritmə müəssisəsindən 31 ton əlvan metal oğurlanıb

Bakı, 16 may, AZƏRTAC 

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə şəhər ərazisindəki müəssisələrin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkmiş Bakı şəhər sakini T.Ələsgərov 2018-ci ilin dekabrından cari il mayın 14-dək olan müddətdə H.Z.Tağıyev qəsəbəsi ərazisindəki “Azərbaycan Məişət Malları” ASC-nin həyətində icarə əsasında işlətdiyi metaləritmə müəssisəsindən 31 ton əlvan metal qırıntılarının oğurlandığını bildirib.

Müraciətlə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanıb. Oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri Anar Kərimov və Rəşad Əzizov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların həmin əlvan metal qırıntılarını şəhər sakini olan bir nəfərə satdıqları müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.