CƏMİYYƏT


Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 14 noyabr, AZƏRTAC

Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə qarşı əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 600 qrama yaxın marixuana, yaşadığı H.Z.Tağıyev qəsəbəsindəki evə baxış zamanı isə oradan 1 kiloqrama yaxın marixuana, 45,730 qram həşiş, 1 ədəd elektron tərəzi, 1 ədəd müvafiq sənədləri olmayan, nömrəsi və markası bilinməyən ov tüfəngi, 35 ədəd patron və 1 ədəd süngü bıçaq aşkarlanaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.