CƏMİYYƏT
Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər yaxalanıblar
Bakı, 12 iyul, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Fərəcovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarış zamanı ondan 11 qramdan artıq heroin və metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən şəxs - əvvəllər məhkum olunmuş V.Əliyev də müəyyən edilərək saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı 35 qrama yaxın heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]