REGİONLAR


Sumqayıtda nəcib təşəbbüs: “Qayğı və istilik bəxş et”

Sumqayıt, 9 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşəbbüsü, Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt şəhər təşkilatının xətti ilə “Qayğı və istilik bəxş et” adlı xeyriyyə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə QAC Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova, S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova çıxış edərək xeyirxahlıq, mərhəmət və humanizmin insanı daxilən saflaşdıraraq başqalarının gözündə ucaldan, insanlığın zinətinə çevrilən ali dəyərlər olduğunu bildiriblər. Qeyd olunub ki, yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək, eyni zamanda, Azərbaycan xalqının tapındığı yüksək milli-mənəvi, dini dəyərlərdən irəli gəlir.

Təşkilatçılar çay süfrəsi ətrafında ahıllarla söhbətləşib, onların problemləri ilə tanış olublar.

Sonda 20 imkansız ahıla kitabxananın uşaq şöbəsi tərəfindən hazırlanmış Qurban payı təqdim edilib. Könüllülər tərəfindən yataq xəstələrinə Qurban payları evlərində verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.