CƏMİYYƏT


Sumqayıtda ölümlə nəticələn yol qəzası baş verib

Sumqayıt, 31 iyul, AZƏRTAC

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. "ZİL” markalı yük maşının sürücüsü nəqliyyat vasitəsini arxaya verərkən ehtiyatsızlıqdan yol kənarında duran 1965-ci il təvəllüdlü Rüstəmov Ələddin Ağarəşid oğlunu vuraraq onun üstündən keçib. Nəticədə 55 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.