REGİONLAR


Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıt, 17 oktyabr, AZƏRTAC

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İnsident zamanı 66 yaşlı qadın dünyasını dəyişib.

Sumqayıt Şəhər Polis İdarəsindən AZƏRTAC-a bildirilib ki, yolu keçmək istəyən şəhər sakini, 1954-cü il təvəllüdlü Hüseynova Sevil Bəşir qızını avtomobil vurub. Qəza nəticəsində ağır xəsarət alan qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı şəhər polisi araşdırma aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.