REGİONLAR


Sumqayıtda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib

Sumqayıt, 6 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində, H.Zeynalabdin qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sumqayıt Şəhər Polis İdarəsindən AZƏRTAC–a bildiriblər ki, qəsəbə sakini, 1987-ci il təvəllüdlü Elvin Məmmədrza oğlu Ağayevi avtomobil vurub. Yaralı aldığı xəsarətlərdən elə hadisə yerində ölüb.

Sürücü məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.