REGİONLAR
Sumqayıtda poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib
Sumqayıt, 14 oktyabr, AZƏRTAC
Sumqayıtdakı 22 nömrəli tam orta məktəbdə ali, orta ixtisas, peşə liseyləri və ümumtəhsil məktəbləri arasında çağırışa qədər və çağırışyaşlı gənclərin “Marş irəli” devizi altında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib.
Payız çağırışına həsr edilən yarış Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt Dövlət Texniki Kollecin komandası birinci (580 xal), 1 nömrəli peşə liseyinin komandası ikinci (487 xal), 3 nömrəli peşə liseyinin komandası isə üçüncü (475 xal) yerdə qərarlaşıb.
Şəhərin ümumtəhsil məktəbləri arasında keçirilən yarışda 38, 43 və 7 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II, III yerlərə layiq görülüblər.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı, kubok və hədiyyələri ilə təltif olunublar.