Sumqayıtda qışa hazırlığın nəticələri müzakirə olunub
AzerTAg.az
Bakı, 27 noyabr, Firuz Novruzov, AZƏRTAC
Sumqayıt şəhərində qış mövsümünə hazırlıqla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gündəlikdə duran məsələlər, qış mövsümünə hazırlıqla bağlı şəhər təsərrüfatında görülmüş işlər və hələ də həllini gözləyən bəzi məsələlərlə bağlı geniş məlumat verib.
Qeyd olunub ki, şəhər təsərrüfatının qış mövsümünə hazırlığı, əhalinin istilik, elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz təmin edilməsi üçün şəhər icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb və bu tədbirlərin icrası istiqamətində xeyli iş görülüb.
Daha sonra gündəlikdəki məsələlərlə əlaqədar ayrı-ayrı idarə və təşkilatların rəhbərləri, şəhər icra hakimiyyətinin məsul şəxslərinin hesabat xarakterli çıxışları dinlənilib.
İclasın sonunda ümumən görülən işlərin qənaətbəxş olduğunu vurğulayan Zakir Fərəcov qeyd edilən problemlərin həlli üçün kifayət qədər resursların mövcudluğunu bildirib, müvafiq təşkilatlar qarşısındakı konkret vəzifələri xatırladıb.


Xəbərin mətnində orfoqrafik səhv var