REGİONLAR


Sumqayıtda şəhid Elman Abbasovun xatirəsi anılıb

Sumqayıt, 6 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhərinin Tarixi Muzeyində Birinci Qarabağ müharibəsinin sumqayıtlı şəhidi Elman Müslüm oğlu Abbasovun xatirəsinə həsr olunan “Vətən mənə oğul dedi...” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalisti, Rafiq Oday, yazıçı Rəhilə Veysəlli, şair Aynurə Ulduz şəhid Elman Abbasov haqqında xatirələrini bölüşərək, onun ailəcanlı, mərd, vətənpərvər bir gənc olduğunu, könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qatıldığını və qəhrəmanlıqla şəhid olduğunu diqqətə çatdırıblar.

Yeddi medalla təltif olunan Vətən müharibəsi iştirakçısı, şəhidin ailə üzvü Əli Ələkbərli, şəhidin atası Müslüm Abbasov və digər ailə üzvləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə igid əsgərlərimizin şəhidlərimizin intiqamını aldığını və 30 il həsrətində olduğumuz Qarabağ torpaqlarında Azərbaycan Bayrağını sancdıqlarını vurğulayıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçıları muzeyin “Şəhidlər qalereyasi” bölümündə Birinci Qarabağ müharibəsinin sumqayitli şəhid və qazilərinin şəxsi əşyalarının nümayiş olunduğu ekspozisiyaya baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.