REGİONLAR


Sumqayıtda şəhid ailələri və qazilər dövlətin diqqət və qayğısı ilə əhatə olunublar

Sumqayıt, 7 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Sumqayıtda da şəhid və qazi ailələrinin mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və aparatın əməkdaşları növbəti dəfə qazilərə baş çəkiblər, dövlətin bu sahədə həyata keçirdiyi işlər barədə məlumat veriblər, ailələrinə köməklik ediblər.

Vətən müharibəsində xalqımızın milli birliyi ilə əldə olunan qələbədə, Zəfər tarixinin yazılmasında qazilərimizin və şəhidlərimizin xüsusi payı olduğunu qeyd ediblər, onlara partiya üzvləri adından təşəkkürlərini çatdırıblar.

YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri qazilərimiz Fətulla Rəsulov Zəkullah oğlu və Qəribov Nəriman İlham oğlunu evlərində ziyarət ediblər, onların gündəlik qayğı və problemləri ilə maraqlanıblar. Ramiz Hüseynov ziyarət zamanı belə qəhrəman övladlar yetirdiklərinə görə qazilərimizin valideynlərinə minnətdarlıq bildirib. Qeyd edilib ki, hər bir şəhid ailəsi, hər bir qazi Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədirlər.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Fətulla Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Digər qazimiz Nəriman Qəribov Vətən müharibəsi zamanı könüllü şəkildə döyüşlərə iştirak edib. Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa, uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Vətən torpaqlarının işğaldan azad olunması uğrunda böyük şücaət və fədakarlıqla döyüşərək yaralanıb.

Sonda qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.