REGİONLAR
Sumqayıtda sərnişin avtobusu binaya çırpılıb YENİLƏNİB
Sumqayıt, 21 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda baş verən yol qəzası nəticəsində şəhər xəstəxanasına 30-dək müraciət daxil olub.
AZƏRTAC xəbər verir ki, sərnişin avtobusu əvvəlcə "Toyota Prado" markalı avtomobilə, daha sonra binaya çırpılıb. Xəstəxanaya müraciət edənlərin bir hissəsi ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanada 19 nəfər müalicə olunur. Ağır xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov və Şəhər Polis İdarəsinin rəisi Nəriman İmanov xəstəxanada yaralılara baş çəkib, onların müalicəsi ilə maraqlanıblar.
X X X
17.41
Sumqayıt şəhərində sərnişin avtobusu yaşayış binasına çırpılıb.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, şəhərin Nizami küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində “Toyoto Prado” markalı avtomobilin avtobusun yoluna çıxması nəticəsində qəza baş verib. Sərnişin avtobusunun sürücüsü qəzadan yayınmağa çalışsa da, idarəetməni itirərək yaşayış binasına çırpılıb. Yaralılar var.