REGİONLAR


Sumqayıtda son 5 ildə 32 min 819 yeni iş yeri yaradılıb

Sumqayıt, 10 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə 11 tədbir müəyyən edilib. Dövlət Proqramının icrası dövründə şəhər üzrə ümumi məhsul buraxılışının həcmi 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,9 dəfə, investisiya qoyuluşu 3,5 dəfə artıb. Bu müddət ərzində 32 min 819 yeni iş yeri, 2955 kiçik, orta və iri sahibkarlıq subyekti yaradılıb.

AZƏRTAC xəbər verir ki, proqramda nəzərdə tutulan bütün sosial tədbirlər mərhələli şəkildə həyata keçirilib. Beş ildə 6 milyard 422 milyon manatlıq ümumi məhsul buraxılıb və xidmətlər göstərilib, 4 milyard 130 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Şəhərin inkişafı və ayrı-ayrı infrastruktur layihələrinin icrasına 2 milyard 500 milyon dollar investisiya qoyulub.

Bununla yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Ümumilikdə 3,5 milyon kvadratmetr asfalt örtüyü döşənib, 1 milyon kvadratmetr asfalt örtüyü cari təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.