CƏMİYYƏT


Sumqayıtda tanışını bıçaqlayaq qətlə yetirməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 27-si saat 22 radələrində Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Nurəddin Quliyevin Sumqayıt Dəmiryol Vağzalının qarşısında öldürülməsi barədə şəhər prokurorluğuna məlumat verilib.

Sumqayıt Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafael Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nurəddin Quliyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürdüyü müəyyən olunub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rafael Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.