REGİONLAR


Sumqayıtda təhsil işçilərinin 93 faizdən çoxu vaksinasiya olunub

Sumqayıt, 21 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt məktəbləri yeni dərs ili üçün tam hazır vəziyyətdədir. Təhsil işçiləri pandemiya şəraitində tədris prosesinin təhlükəsiz təşkili üçün tələbləri də ciddi yerinə yetirirlər.

Şəhər Təhsil Şöbəsinin müdir müavini Ramin Abbasov AZƏRTAC–a bildirib ki, şəhər üzrə ümumi işçilərin sayı 5415 nəfərdir. Onlardan 4535 nəfərinə koronavirusa qarşı hər iki doza, 519 nəfərinə isə ilk doza peyvənd vurulub.

R.Abbasov, həmçinin qeyd edib ki, 262 işçi əks göstəriş sertifikatı almaq üçün TƏBİB-ə müraciət edib və 99 nəfərin immunitet sertifikatı var.

Ümumilikdə birinci doza və hər iki doza birlikdə vaksin olunanlar 93,3 faiz təşkil edir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.