CƏMİYYƏT


Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb

Bakı, 30 iyul, AZƏRTAC

Sumqayıt məişət tullantıları poliqonunda baş vermiş yanğının səbəbləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin regional idarəsinin rəsmisi Fərid Piriyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı yanğının məişət tullantılarının düzgün idarə edilməməsi və qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində baş verdiyi aşkar edilib: “Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimələnib. Gələcəkdə belə halların təkrarlanmaması üçün MMC-yə məcburi göstəriş verilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.