CƏMİYYƏT


Sumqayıtda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Sumqayıt, 28 yanvar, AZƏRTAC

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol–nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sülh prospektində, Sumqayıtın əsas giriş hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilə onun arxasınca gələn digər “Mercedes” markalı avtomobil çırpılıb. Zərbənin gücündən avtomobil işıq dirəyini aşıraraq yolun digər hissəsinə keçib.

Sumqayıt Şəhər Polis İdarəsindən AZƏRTAC–a bildirilib ki, qəza nəticəsində xəsarət alan 3 nəfər dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.