REGİONLAR


Sumqayıtda uşaqlar üçün “Naz-naz” rəqs-tamaşa təqdim edilib

Sumqayıt, 19 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə mərkəzin “Dəcəllər” rəqs qrupunun təqdimatında “Naz-naz” adlı rəqs gecəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, xoreoqraf Fərhad Dadaşovun Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında hazırladığı rəqs-tamaşa Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilib.

Rəqs-tamaşanın mövzusuna görə Naz-naz özünə rəqs eləməyə dost axtararaq bütün ölkələri gəzir. Nəhayət, öz rəqs dostunu Azərbaycanda tapır.

Tədbirdə rəqs kollektivinin üzvlərinin ifasında Azərbaycan, Meksika, ispan, ərəb, hind, Çin, rus, özbək rəqsləri təqdim olunub.

Sonda tədbirdə iştirak edən rəqs qrupunun bütün üzvlərinə fəxri fərman və hədiyyələr, balaca fidanlara tədbirdə böyük dəstək olan valideynlərə təşəkkürnamələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.