CƏMİYYƏT
Sumqayıtda və Gəncədə silsilə oğurluqlar edən şəxslər saxlanıblar
Bakı, 15 avqust, AZƏRTAC
Sumqayıt və Gəncədə oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt sakini olan 3 qadının pul və mobil telefonlarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş C.Əhmədli Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Kəpəz rayonu ərazisində isə “VAZ” markalı 2 avtomobildən maqnitofon, mobil telefon, fləşkart və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş C.Kazımov və A.Şabanov Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]