CƏMİYYƏT
Sumqayıtda yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib, 12 nəfər təxliyə olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
Sumqayıtda yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib, 12 nəfər təxliyə olunub.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kvadratmetr olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb. Bitişik tikilmiş, sahəsi 200 kvadratmetr olan kafenin tavanının 25 kvadratmetrlik hissəsi yüksək temperaturdan əriyib.
Yanğın zamanı yaşayış binasından 12 sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib.
Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub. Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]